“Qarabağdakı bərpa işlərində iştirak etmək istəyirik” – DATÜB sədri ilə VİDEOMÜSAHİBƏ

Ötən il dekabrın 10-da Türkiyənin Antalya şəhərində Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) 4-cü Ümumi Yığıncağı keçirilmiş, Ziyatdin Kassanov yenidən birliyin sədri seçilmişdi.

Növbəti dəfə DATÜB sədri seçilən Kassanov ilk müsahibəsini Yenicag.az-a verib.

Birliyin işindən danışan sədr əsas vəzifələrinin təhsilli gəncliyin yetişməsinə töhvə vermək olduğunu bildirib.

DATÜB-ə qarşı qaralama kampaniyasının aparıldığını bildirən Ziyatdin Kassanov bu kampaniyanı aparanların birlikdən qovulan şəxslər olduğunu deyib.

Dünya Axısxa Türkləri Birliyinin Azərbaycandakı fəaliyyətindən də danışan Kassanov Mövlud Işıkın Azərbaycan təmsilçisi təyin edildiyini və onun fəaliyyətinin uğurlu olacağına inandığını qeyd edib. Kassanov, həmçinin Qarabağda aparılan quruculuq işlərində də iştirak etmək istədiklərini qeyd edib.