Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağdakı emrəniləri himayə edən SÜLHMƏRAMLILAR: "Azərbaycanın müdaxilə edə bilməməsi..." - Hərbi Ekspert

Reklam: Sinerji Pro

“Rusiya sülhməramlıları Qarabağa gəldikləri ilk gündən sülhməramlı missiyadan çıxaraq humanitar məsələlərlə məşğuldur. Sanki Rusiya sülhməramlı yox, Qırmızı Xaç Komitəsidir”.

Bu sözləri Xankəndinin su probleminin həll edilməsi üçün su anbarının tikilməsi və həmin tikintinin mühafizəsini Rusiya sülhməramlılarının həyata keçirməsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl Azərbaycan tərəfinin müşahidəçi mövqeyindən çıxaraq birbaşa prosesə nəzarət etməli olduğunu vurğulayıb:

“Rusiya sülhməramlıları erməni qaçqınları geri qaytarır, onlar üçün ev tikir, indi də su probleminin həlli üçün çalışırlar. Xankəndi yayda susuzluqdan əzab çəkdi. Ruslar hər gün hərbi maşınalarla yerli əhaliyə su daşıdılar. Qərara gəldilər ki, yeni su anbarı tikmək lazımdır ki, Xankəndinin su problemi öz həllini tapsın. Su anbarı tikmək üçün böyük vəsait tələb olunur. İnanıram ki, həmin vəsaitin əsas hissəsini də Rusiya verib. Tikilən su anbarının təhlükəsizliyini ruslar təmin edir. İnanmıram ki, ermənilər belə bir dar-macalda pul tapaydılar.

Bu, humanitar məsələ deyil. Bu, ermənilərin Qarabağda kök salıb qalmaları üçün vacibdir. Ermənilər Qarabağda olmasa, Rusiyanın bütün misiyası bitmiş olur. Rusiya ərazidə olduğuna görə ermənilər gələcəyə ümidlə baxırlar. Bir də görcəyik ki, Xankəndində universitet tikəcəklər, rus alimlər də gəlib orada dərs deyəcəklər.

Azərbaycan tərəfi isə sadəcə olaraq müşahidəçidir, müdaxilə edə bilmir. Ermənilər zaman qazanmaq istəyir və o zamanı da onlara Rusiya qazandırır”.

Səxavət Məmməd

www.yenicag.az

529
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100