!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağdakı Ermənistan Silahlı Qüvvələrinin çıxarılması başa çatmalıdır" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan Ermənistana təzyiq göstərmək üçün sülhə məcbur etmə əməliyyatını gündəmdə saxlayır. Sadəcə bunun vaxtı məsələsini qərarlaşdırmaqda müəyyən çətiliklər var”.

Bu fikri Qarabağ ətrafında dönən proseslər və müharibə ehtimalını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, sentyabra qədər hərbi əməliyyat ehtimalı çox aşağıdır:

“Ermənistan Qarabağın dağlıq hissəsində olan qoşunlarını çıxarmaqdadır. Onlar müəyyən manevrlərlə “Qarabağ özünü müdafiə qüvvələri” adı altında orada müəyyən qüvvələri yerləşdirməyə çalışacaqlar. Ermənistan çağırışçıları yox, muzdlu qüvvələri Qarabağa yerləşdirmək istəyəcək. Azərbaycan kəşfiyyatı bunu araşdırıb müəyyən edə biləcək. Azərbaycan Ermənistana təzyiq göstərmək üçün sülhə məcbur etmə əməliyyatını gündəmdə saxlayır. Sadəcə bunun vaxtı məsələsini qərarlaşdırmaqda müəyyən çətiliklər var. Bu birinci növbədə Rusiya ilə bağlıdır. Son günlər isə İran həyasızcasına müdaxilə edir. İran Ermənistanın tərəfində olduğunu gizlətmir.

Azərbaycan belə bir şəraitdə Rusiya və İranın təzyiqi altında qərar verməlidir. Rusiyanın təzyiqi açıq formadadır. İranın təzyiqi isə dolayısı ilədir. Görünür sentyabr ayına qədər gözləməli olacağıq. Həmin müddətə qədər Qarabağdakı Ermənistan Silahlı Qüvvələrinin çıxarılması başa çatmalıdır. Əgər burada hər hansı bir ləngimə olarsa və sapmalar görünərsə Azərbaycan bundan bəhanə kimi istifadə edib Qarabağda anti-terror əməliyyatları keçirə bilər. Üstəlik, Ukrayna cəbhəsində həlledici dönüşün olması görünməkdədir. Rusiyanın bu cəbhədə ağır məğlubiyyətə düçar olacağını proqnozlaşdırmaq mümkündür. İranın isə təzyiqləri və söz oyunları boş şeylərdir. Türkiyənin bir bəyanatı onların səfeh və mənasız bəyanatlarını boşa çıxaracaq. Sentyabra qədər Azərbaycan tərəfinin gözləməli olduğunu düşünürəm”.

Səxavət Məmməd

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv