Qarabağdakı qondarma qurum LƏĞV OLUNUR – Separatçılar Bakıdan “möhlət” istədi

Qarabağdakı qondarma qurum ləğv olunduğunu elan edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” məlumat yayıb. Qəzetin yazdığına görə, sentyabrın 21-də Yevlaxda keçirilən görüşdən sonra qondarma qurumun “prezident”i Samvel Şahramanyan Azərbaycan təmsilçiləri ilə fəal təmasdadır.

İclasda azərbaycanlılar bir daha özlərinin prioritet tələblərindən birini təkid ediblər: Qarabağdakı “hakimiyyət” “dövlət strukturları və qurumları”nın ləğvini elan etməli, Xankəndinin bütün dövlət qurumlarının binalarında Azərbaycan bayrağı asılmalıdır. Ondan sonra inteqrasiya başlamalıdır.

Şahramanyan Azərbaycan tərəfindən Xankəndinə girişi təxirə salmağı xahiş edib. O bildirib ki, hazırda şəhərdə çaxnaşma hökm sürür, lakin bir müddət sonra separatçı rejimin bütün “strukturlar”ının ləğvini bəyan edəcək.

Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi barədə də razılıq əldə olunub.

Xuraman Etibarlı

 

COP29