Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağdakı Rusiya hərbi kontingentinin xüsusi tanınma nişanları varmı? - Hərbi ekspertlərin ŞƏRHİ

Tərlan Eyvazov: “Vasitəçilik missiyasını yerinə yetirən sülhməramlıların xüsusi tanınma nişanları olmalıdır”.

Şair Ramaldanov: “Qarabağda yerlşəşdirilən Rusiya əsgərlərinin qollarında xüsusi nişan var, həmçinin dəbilqələrinin rəngi də fərqlidir”.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən gün əldə edilmiş razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti artıq Azərbaycana daxil olub.

Rusiya mənbələrində artıq həmin kontingentin Qarabağda yerləşdirildiyini əks etdirən foto və videomateriallar da yayımlanıb. Ancaq çox maraqlı və təəccüblüdür ki, Qarabağa yerləşdirilən Rusiyalı sülhməramlıların xüsusi ekipirovka ilə təmin edildikləri görünmür.

Yəni Rusiyalı əsgərlər öz ənənəvi hərbi formalarındadırlar. O cümlədən, hərbi texnikaların üzərində də Rusiya bayraqları bərkidilib. Lakin beynəlxalq praktikaya əsasən, bu və ya digər münaqişə bölgəsinə yerləşdirilən hərbi kontingent xüsusi tanınma nişanları ilə təmin edilməlidir.

Bu barədə Yenicag.az-a danışan hərbi ekspert Tərlan Eyvazov bildirib ki, istənilən münaqişə bölgəsinə yeridilən sülhməramlı qüvvələrin xüsisi atributikası olmalıdır.

Ekspert hesab edir ki, müvafiq sənədlərin olmaması Qarabağdakı Rusiya kontingentinin statusu barəsində fikir bildirməyi çətinləşdirir:

“Açığı, mən Qarabağda yerləşdirilən Rusiya kontingentini sülhməramlı qüvvə yox, münaqişənin tərəfi kimi qeyd etməyi doğru sayıram. İndiki məqamda Rusiya özünün vasitəçilik missiyası ilə qəflətən Qarabağa yerləşməklə, əslində, erməniləri xilas etməyə və müəyyən qədər simasını qorumağa çalışır.

Vasitəçilik missiyasını yerinə yetirən sülhməramlıların özünün xüsusi geyimləri, məxsusi tanınma nişanları olmalıdır. Bu da ondan irəli gəlir ki, imzalanmış üçtərəfli bəyanatdan sonra ortada əlavə sənədlər olmadığı üçün bu barədə daha konkret fikir bildirmək çətindir”.

Mövzunu Yenicag.az-a dəyərləndirən istefada olan polkovnik Şair Ramaldanov qeyd edib ki, Qarabağda yerləşdirilən Rusiya əsgərlərinin üzərində müəyyən fərqləndirici tanınma nişanları var.

Polkovnik həmin hərbçilərdə onların Rusiyaya məxsusluğunu təsdiqləyən atributların olmasını təbii sayır:

“Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən hərbi kontingenti orada sülhməramlı funksiyanı yerinə yetirir.

Diqqət yetirilibsə, Qarabağda yerlşəşdirilən Rusiya əsgərlərinin qollarında xüsusi nişan var. Həmçinin onların dəbilqələrinin rəngi də fərqlidir.

Amma hərbi texnika, bayraqlar, eləcə də digər atributlar Rusiyaya məxsusdur. Məncə, bu, təbii haldır. Çünki o hərbçilər Rusiyanı təmsil edirlər. Onlar qarşıya qoyulan sülhməramlı missiyanı yerinə yetirəcəklər”.

Cəvahir

www.yenicag.az

2916
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100