Qarabağdakı separatçıların rəhbəri “istefa” ərizəsini təqdim etdi

Qarabağdakı qondarma separatçı qurumun “rəhbəri” Arayik Arutyunyan “istefa” ərizəsini “parlamentə” təqdim edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mediası xəbər yayıb.

A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.
Xatırladaq ki, dünən o, bir gün sonra “istefa” verəcəyi barədə özünün sosial şəbəkədəki hesabında elan etmişdi.