“Ağdam yolunun açılması yönündə separatçılar müsbət addımlar ata bilər”.
Bu sözləri Arayik Arutyunyanın istefaya getmə ehtimalı və separatçılar arasındakı gərginliyi şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, Rusiya Arayikin yerində Vardanyanı görmək istəyir:
“Aryaik Arutyunyanın istefaya getməsi dəqiq məsələdir. Hətta belə söz-söhbət yayılıb ki, o, övladlarını ABŞ-yə keçirib və onlara mənzil alıb. Hər halda bunu erməni mətbuatı yazır. Arayikin istefasına qarşı olanlar zamanında separatçı rejimdə rəhbər vəzifələrdə işləyənlər olub. Onlar Arayikin getməsini qaçmaq kimi qiymətləndirir. O da bəllidir ki, Rusiya öz kuklası olan Ruben Vardanyanı Arayikin yerinə yerləşdirmək istəyir.
Arayik Arutyunyan da, qondarma respublikanın keçmiş rəhbərlərinin hamısı Rusiyanın adamları olub. Ona görə də Rusiya bu gün bölgədə vəziyyəti istədiyi kimi idarə etməyə çalışır. Yaxın günlərlə Bərdə şəhərində separatçıların nümayəndələri ilə Azərbaycan nümayəndələri arasında görüş keçirilə bilər. Müzakirə edilən əsas məsələlərdən biri Ağdam-Xankəndi yolunun açılması və Laçın sərhəd-keçid məntəqəsinin statusu olacaq. Yəqin ki, bu məsələlər istiqamətində kompromis əldə olunmağa çalışılacaq”.
Səxavət Məmməd