Qarabağdakı sülhməramlılara yeni komandan təyin olundu

General-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının yeni komandanı təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

O, 20 iyul 1969-cu ildə anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. 2014-2017-ci illərdəki fəaliyyətinə görə “Qırmızı Bayraq” ordeni alıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlı qoşunlarının komandanı, general-polkovnik Aleksandr Lentsovun Qarabağı tərk etdiyi bildirilirdi.