“Qarabağ”dan 20 minlik xoreoqrafiya – “Çelsi” ilə matçda…

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” “Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.

Yenicag.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng xoreoqrafiyanın açılması planlaşdırılır. Bu xoreoqrafiya 20 min azarkeşi əhatə edəcək. Bu barədə məlumatı saytımıza açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Ancaq klub rəsmisi xoreoqrafiyanın nədən ibarət olduğunu sirr olaraq saxlayıb. O bildirib ki, şou E tribunasında nümayiş etdiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də baş tutacaq.