“Qarabağ” klubu Sloveniyada “Olimpiya”ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.
Yenicag.az xəbər verir ki, klub bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.
“Hörmətli azarkeşlər, “Olimpiya” – “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, – deyə yazıda vurğulanıb.
Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və “Qarabağ” 2:0 hesabı ilə öndədir.