Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Ağdam klubu yerli “Vakker İnsbruk”la qarşılaşıb. Hansı ki, bu komanda son mövsümdə 1-ci divizionun qalibi olaraq Avstriya Bundesliqasına vəsiqə qazanıb. Lakin bu komanda ilə qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama görüşündə Bolqarıstanın “Ludoqorets” klubu ilə görüşdə də bərabərə qalmışdı – 1:1.