“Qarabağ”dan ayrıldı, ortada qaldı

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem özünə yeni iş yeri axtarmalı olacaq.

Yenicag.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçisi Qazaxıstanın “Aktobe” klubuna lazım olmayıb. Belə ki, klub rəhbərliyi Muaremi yeni mövsümdə komandanın heyətində görmək istəmir.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Ağdam təmsilçisini yayda tərk edib.