“Qarabağ”dan ayrıldı, Türkiyə klubuna keçir

Mövsümün sonunda “Qarabağ”dan ayrılan Muarem Muaremin yeni klubu müəyyənləşib.

Yenicag.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. O, ötən mövsümün nəticələrinə görə Super Liqa ilə vidalaşan “Adanaspor”la anlaşıb. Tərəflər arasında qarşıdakı günlərdə rəsmi sözləşmənin imzalanması gözlənilir.

Qeyd edək ki, “Qarabağ”ın sabiq hücumçusu Reynaldo da Adana təmsilçisində çıxış edir.

Yenicag.az