Reklam: High Technic
hightechnic

“Qarabağ”dan çətin qələbə - VİDEO

Reklam: High Technic

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Yenicag.az xəbər verir ki, ikinci oyun gününün son matçında ölkə kubokunun sonuncu qalibi “Qarabağ” “Sumqayıt”la qarşılaşıb.

Görüşdə hesabı qonaqlar açıblar. Amma fasilədən sonra Ağdam klubu buraxılan qolun əvəzini artıqlamasıyla çıxıb və əzmkar qələbə qazanıb.

Azərbaycan kuboku
1/4 finalın ilk oyunu
11 dekabr

“Qarabağ” – “Sumqayıt” 2:1
Qol: R.Almeyda, 57. P.Enrike, 85 – R.Eyubov, 24.
Qırmızı vərəqə: F.Vəliyev, 88.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov.
Suraxanı. “Azersun Arena”, 19:00.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb: “Keşlə” – “Kəpəz” 2:0, “Zirə” – “Neftçi” 1:0, “Qəbələ” – “Səbail” 1:0.

www.yenicag.az

1238