“Qarabağ”dan getdi, “Sumqayıt”la anlaşdı

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Yenicag.az xəbər verir ki, son mövsümü “Qarabağ”da keçirmiş sağ cinah müdafiəçisi Arif Daşdəmirov “gənclik şəhəri” təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb. Daşdəmirov “Sumqayıt”da 21 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Arif Daşdəmirov karyerası ərzində “Qarabağ”dan (15 oyun) başqa, “Şahdağ” (19 oyun, 2 qol), “MKT Araz” (22 oyun, 2 qol), “Masallı” (20 oyun, 1 qol), AZAL (10 oyun), “Standard” (16 oyun), “Qəbələ” (48 oyun, 1 qol) və “İnter”in (139 oyun, 9 qol) uğurları üçün çalışıb. O, həmçinin 13 dəfə Azərbaycan millisinin formasını geyinib.