!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”dan “Lex” üzərində MÖHTƏŞƏM QƏLƏBƏ

!Reklam – Yazi

Bakıda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Polşa “Lex”inin start heyətləri açıqlanıb.

Yenicag.az-ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

“Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub – 0:1.

***

Bakı vaxtı ilə saat 20:00-da “Qarabağ” – “Lex” matçı start götürüb.

***

Elə ilk dəqiqədəcə “Lex” komandası hesabı açıb: 1 – 0

Qonaqlar 20-ci saniyədə topu “Qarabağ”ın qapısından keçiriblər.

***

14-cü dəqiqədə “Qarabağ”ın oyunçusu Kadi hesabı bərabərləşdirib. 1 – 1

***

42-ci dəqiqədə Filip Ozobiç “Qarabağ”ı hesabda irəli çıxarıb: 2 – 1

***

55-ci dəqiqədə “Qarabağ” 3-cü topu rəqibin qapısından keçirib: 3 – 1

***

Kadi 74-cü dəqiqədə “Qarabağ”a 4-cü qolu qazandırıb: 4 – 1

***

77-ci dəqiqədə “Qarabağ” hesabı 5 – 1-ə çatdırıb: 5 – 1

***

Beləliklə, matç “Qarabağ”ın “Lex” üzərində 5 -1 hesablı qələbəsi ilə başa çatır.

Bununla da cavab matçında “Lex”i darmadağın edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Polşa klubu isə yoluna UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Poznan təmsilçisi bu raundda “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

www.yenicag.az

1035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv