Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” son yoxlama oyununa çıxıb.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi Danimarka “Brondbü”sü ilə üz-üzə gəlib. Qurban Qurbanovun komandasının hazırlıq prosesi çərçivəsində dördüncü sınağında da uduzub – 1:5.
Xatırladaq ki, daha əvvəl “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub.
Yoxlama matçı
“Qarabağ” (Azərbaycan) – “Brondbü” (Danimarka) – 1:5
Qollar: Kliment, 10-pen (0:1), Vilçek, 20 (0:2), Kliment, (0:3), Ndlovu, 52 (1:3), Kalmar, 66 (1:4), Andreas Bruus, 73 (1:5)