“Qarabağ”dan qələbə, “Neftçi”dən məğlubiyyət

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.

Premyer Liqanın lideri “Qarabağ” Gəncədə “Kəpəz”in qonağı olub. Ağdam təmsilçisi bu görüşdə inamlı qələbəyə sevinib.

Turun son matçında isə “Zirə” “Neftçi” ilə üz-üzə gəlib. Son 4 turda ardıcıl qələbələr qazanan “ağ-qaralar” tarixində heç vaxt məğlub edə bilmədiyi qəsəbə təmsilçisi ilə bu dəfə də bacarmayıb. Zirəlilər bu görüşdə minimal hesabla qalib gəliblər.

Azərbaycan Premyer Liqası

11-ci tur
5 noyabr

“Kəpəz” – “Qarabağ” 0:2

Qollar: Elvin Yunuszadə, 41. Miçel, 43.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov.
Gəncə şəhər stadionu.

“Zirə” – “Neftçi” 1:0

Qol: Riçard Qadze, 30.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov.
Zirə İdman Kompleksinin stadionu.

Turun digər oyunları: “Sumqayıt” – “Keşlə” – 3:1, “Qəbələ” – “Səbail” – 3:1.

COP29