Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər – VİDEO

Bakı Media Mərkəzi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan Xalqını təbrik edib .

Yenicag.az-ın məlumatına görə, qurumun “Facebook” səhifəsində edilən paylaşımda deyilir:

“Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər!

Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik ! Bu gün Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu Şuşa işğaldan azad olundu! Bakı Media Mərkəzi olaraq bu münasibətlə Azərbaycan Xalqını təbrik edirik!

Qələbə bizimlədir, Qələbə bizimdir! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!”