“Qarabağ”dan son dəqiqə transferi

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” növbəti transferini rəsmiləşdirib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu millimizin yarımmüdafiəçisi Araz Abdullayevlə anlaşıb.

Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, bu günün yekununda transfer pəncərəsi bağlanacaq.