“Qarabağ”dan tarixi nəticə – Azərbaycan çempionu 1/8 finalda! – YENİLƏNDİ 8

Bitdi! “Qarabağ” ümumi hesabda “Braqa”nı 6:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı.

***

115-ci dəqiqədə Simon Banza penaltidən vurduğu qolla komandasını 3:1 hesabı ilə önə keçirib. Ümumi hesab isə 5:5-dir.

***

102-ci dəqiqədə M.Silva hesabı 1:2 edir.

***

Matçın 90 dəqiqəsi Portuqaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesab bərabərləşdiyindən hərəsi 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.

***

Qonaqlar 82-ci dəqiqədə hesabı 0:2 edir.

***

“Braqa” 70-ci dəqiqədə hesabı açır. Fernander fərqlənir – 0:1.

***

Matçın 56-cı dəqiqəsində “Qarabağ” azlıqda qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılır.

***

Matç başladı.

***

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, komandalar meydançaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.

“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb./Report/

COP29