“Qarabağ”dan yeni TRANSFER – FOTO

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. Ağdam təmsilçisi Leandro Andrade ilə müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

​Andrade komandada 15 nömrəli formada çıxış edəcək.