Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.
Yenicag.az xəbər verir ki, turun ilk oyununda “Qarabağ” “İnter”in qonağı olub.
“İnter Arena”da keçirilən qarşılaşmada Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Qurban Qurbanovun komandasına qələbə qazandıran qollara 86-cı və 90+2-ci dəqiqələrdə Dino Ndlovu imza atıb.