Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qarabağ"ı gözləyən cəza - FOTOLAR

Reklam: High Technic

Azərbaycan Premyer Liqasının II turunda “İnter” üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” cəzalandırıla bilər.

Yenicag.az xəbər verir ki, buna səbəb sözügedən matçın fasiləsində baş verənlərdir.

Məsələ burasındadır ki, ilk hissədən sonra yaranan fasilə zamanı meydana azarkeşlər daxil olub, futbolçularla görüşüblər. Lakin, nə stadiona cəlb olunan polis, nə də arenanın təhlükəsizlik xidmətinin əməkdaşları fanatların qarşısını almayıblar. Bu isə o deməkdir ki, “Qarabağ” ev sahibi kimi yarışın təşkilini və təhlükəsizliyini tam şəkildə təmin edə bilməyib.

Çox güman ki, məsələyə AFFA İntizam Komitəsinin iclasında baxılacaq. Belə olan halda isə “Qarabağ”ın cəzalandırılacağı istisna edilmir.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

713