!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ı qışda kimlər tərk edəcək? - Qurban Qurbanov açıqladı

!Reklam – Yazi

Son Azərbaycan çempionu “Qarabağ” qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.

Yenicag.az xəbər verir ki, bu barədə əməkdaşımızla söhbətində ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli çalışdırıcının sözlərinə görə, “atlılar” hazırlıq prosesinə yanvarın 9-dan etibarən start verəcək. Təlim-məşq toplanışı fevralın 4-nə qədər davam edəcək. Qurbanov “Qarabağ”ın hazırlıq müddətində 6 yoxlama matçı keçirtməyi planlaşdırdığını söyləsə də, hələlik rəqiblərin müəyyənləşmədiyini bildirib.

Qurbanov daha sonra qış transfer dönəmində komandada ayrılıq olub-olmayacağı məsələsinə də münasibət bildirib:

“Hələ ki, belə bir fikrimiz yoxdur. Qarşıda iki oyunumuz var. Yalnız həmin oyunlardan sonra qərar verə bilərik. Getmək fikrində olan futbolçu da yoxdur. Düzdür, Tarik Elyunussinin bir az zədəsi var, amma o da tam sağalmaq üzrədir”.

Emin Səfərov

www.yenicag.az

4443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv