Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ”ın Almeydası 500 avro maaş alırmış…

Reklam: High Technic

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Junior Kaysara keçmiş xatirələrindən danışıb.

Yenicag.az xəbər verir ki, keçmişi vərəqləyən braziliyalı müdafiəçi, vaxtı ilə “Jil Visente” klubunda birlikdə çıxış etdiyi Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Riçard Almeydadan da söz açıb:

“Biz Almeyda ilə “Jil Visente”də çıxış edərkən 500 avro maaş alırdıq. Biz ən az məvacib alan futbolçular arasında idik. Komandanı yüksək liqaya çıxarandan sonra yaxşı təkliflər aldıq. Almeyda “Qarabağ”ı seçdi. Mən də “Ludoqorets”ə yollandım, Çempionlar Liqasında çıxış etdim. Daha sonra “Şalke” kimi klubda oynamaq şansı qazandım”.

Qeyd edək ki, Almeyda “Qarabağ”a 2012-ci ildə transfer olunub. İndi onun Azərbaycan klubundakı illik maaşı yarım milyon dollar civarındadır.

Yenicag.az

www.yenicag.az

351