Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Ağdam klubu Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.
Artıq bütün rəqiblər və oyunların tarixləri də bəllidi. Komanda ilk matçında yanvarın 17-si Rusiyanın “Kuban” klubuyla qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri yanvarın 20-də Polşanın “Lexiya”, yanvarın 25-də öncə Makedoniyanın “Şkupi”, daha sonra isə Ukraynanın “Mariupol” klublarıyla üz-üzə gələcək. Ağdam təmsilçisinin 5-ci matçı Bosniya və Hersoqovinanın “Sarayevo” klubuna qarşı olacaq. Son yoxlama matçındakı rəqib isə Çernoqoriyanın “Mladost” komandası olacaq (3 fevral).