Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Yenicag.az xəbər verir ki, keçirilən qarşılaşmalardan sonra pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib.
Çempionlar Liqasında mübarizəni dayandıran və yoluna Avroliqada davam edən “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam klubunun rəqibi “Valyur” (İslandiya) – “Şerif” (Moldova) cütünün qalibi olacaqdı.
İlk oyunda Moldova təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı. Cavab görüşündə bu komanda 1:2 hesabıyla uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb. Beləliklə, “Qarabağ”ın pley-offdakı rəqibi “Şerif” olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.