“Qarabağın Azərbaycana qayıdışı ukraynalıları və gürcüləri ruhlandırır”.
Yenicag.az xəbər verir ki, bu barədə məşhur ukraynalı jurnalist Dmitri Qordon danışıb. O bildirib ki, Azərbaycanın Qarabağı azad etməsi Ukrayna və Gürcüstan ruh verir.
“Krım və Donbass suveren Ukraynanın ərazisi olduğu kimi, Dağlıq Qarabağ da suveren Azərbaycanın ərazisidir.
Qarabağın 30 ildən sonra vətəninə – Azərbaycana qayıtması Ukrayna, Gürcüstan və Moldova üçün çox ümidvericidir”, – Qordon bildirib.
Xuraman Etibarlı