“Qarabağ”ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli oldu

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

UEFA-nın rəsmi saytının məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.