!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağın bərpasına xarici investorlar da cəlb edilməlidir, amma...” - Partiya sədri

!Reklam – Yazi

“Azərbaycanın etirazına baxmayaraq, işğal dövründə ermənilərlə iqtisadi əməkdaşlıq edən şirkətlər torpaqlarımıza buraxılmamalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə baş tutacaq quruculuq işlərində Azərbaycan dəstək olmayan ölkələrin şirkətlərinin prosesə cəlb edilməməsinin vacibliyinə toxunan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycana qarşı olan dövlətlərin şirkətləri ilə əməkdaşlıq qurmağa ehtiyac yoxdur:

“İşğaldan azad olunmuş bölgələrimizdə quruculuq işləri və məskunlaşmanın sürətləndirilməsi zəruridir. Artıq 27-28 ildir ki, həmin torpaqlara qayıtmaq həsrəti ilə yaşayan vətəndaşlarımız var.

Onların tezliklə doğma yurd-yuvalarında məskunlaşması üçün öncəliklə infrastruktur layihələri həyata keçirilməlidir. Bərpa prosesində Azərbaycanın yerli şirkətləri tenderlərin nəticələri əsasında bu gedişatda rol oynamalıdırlar.

Bununla yanaşı, xarici investorların cəlb edilməsi də zəruridir. Lakin xarici investorlar arasında çox ciddi seçim edilməlidir. İlk növbədə, müharibə dövründə Azərbaycana siyasi və mənəvi dəstək olmuş Türkiyə, Pakistan, Ukrayna, İsrail və dostluq münasibəti göstərən digər dövlətrin şirkətlərinə üstünlük verilməlidir.

Azərbaycana qarşı olan dövlətlərin şirkətlərinin girişinə isə birmənalı qadağa qoyulmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv