“Qarabağ”ın “canını alan” Zelinka Türkiyənin matçında

Ç-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosova – Türkiyə matçının hakimləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, sözügedən qarşılaşmanı Miroslav Zelinkanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Çexiya Futbol Federasiyasından olan referiyə bu işdə Ondrey Pelikan və Yan Patak kömək edəcək.

Qeyd edək ki, Kosova – Türkiyə matçı iyunun 11-də Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Maraq üçün onu da bildirək ki, Zelinka azərbaycanlı futbolsevərlərə tanış simadır. O, 2014/2015-ci il mövsümündə Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçında ağdamlıların qaydalar çərçivəsində vurulan qolunu qeydə almamış, ciddi narazılıqlara səbəb olmuşdu.

Yenicag.az