!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın Çempionlar Liqasında çıxışı xarici siyasətimizə böyük dəstəkdir" - Elmar Məmmədyarov

!Reklam – Yazi

“Qarabağ” çox yaxşı oynadı. Komandamızın oyununundan razı qaldım.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, oyunun qırılma nöqtəsi matçın 20-ci dəqiqəsində oldu: “Təəssüf ki, hakim haqsızlıq etdi. Rəşad Sadıqova göstərilən qırmızı vərəqəni doğru hesab etmirəm”.

Məmmədyarov onu da qeyd edib ki, “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Azərbaycanın xarici siyasətinə böyük təkandır: “Hakim səhvlərinin məqsədli olduğunu düşünmürəm. Hər tərəfdə “Qarabağ”ın oyunu işıqlandırılır. Bu da bizim üçün böyük dəstəkdir. Fikrimcə, “Qarabağ”ın oyunu Azərbaycan futbolunun inkişafda olduğunu göstərir”.

Emin Səfərov

www.yenicag.az

2272
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv