“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatması atılıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanı ÇL-də təmsil edən “Qarabağ”ın rəqibi müəyyənləşib.

Birinci təsnifat mərhələsində Ağdam klubu Şimali Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq. Bu matç Bakıda baş tutacaq.

Qeyd edək ki, bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

COP29