“Qarabağ”ın rəqibləri açıqlandı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın qış hazırlıq planı dəqiqləşib.

Yenicag.az xəbər verir ki, Ağdam klubu yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək.

Qurban Qurbanovun çalışdırdığı komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 3 rəqib və bu oyunların keçiriləcəyi tarixlər məlumdu. “Qarabağ” yanvarın 20-də Polşanın “Lexiya”, yanvarın 25-də Ukraynanın “Mariupol” və fevralın 3-də Çernoqoriyanın “Mladost” komandasıyla qarşılaşacaq.

Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.