!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın danışıq apardığı futbolçuların adları - EKSKLÜZİV

!Reklam – Yazi

Ramil Şeydayevi rəsmən heyətinə qatan son çempion “Qarabağ” transfer çalışmalarını başa vurmaq üzrədi.

Yenicag.az xəbər verir ki, Ağdam klubunun heyətinə qatmaq istədiyi futbolçular arasında Dieqo Kapel, Vander Sakramento Vieyra və Ola Con da var. Sözügedən oyunçularla danışıqlar müsbət yekunlaşsa, qısa zamanda tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

İspaniyalı Kapel hücumameylli yarımmüdafiəçidi. Ölkəsinin aşağı yaş qruplarından ibarət yığmaları ilə yanaşı, əsas millidə də oynamış futbolçu “Sevilya”nın yetirməsidi. O, La Liqa təmsilçisindən başqa Portuqaliyanın “Sportinq”, İtaliyanın “Cenoa” və Belçikanın “Anderlext” klublarında da oynayıb. Bu yay Belçika klubundan ayrılan 29 yaşlı futbolçu azad agent statusu daşıyır.

Braziliyalı Vander də yarımmüdafiəçidi. 29 yaşlı oyunçu “Flamenqo”nun yetirməsidi. O, “İpatinqa”, “Botev” (Plovdiv), AEK (Larnaka) və APOEL klublarında çıxış edib. Bu yay APOEL-i tərk edəndən bəri azad agentdi.

“Qarabağ”ın danışıq apardığı futbolçular arasında müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna məxsus olan Ola Con da olub. Ağdam klubu 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə əvvəlcə razılaşsa da, sonradan transferdən vaz keçib. Ancaq son dəqiqədə nə olacağı da hələlik, bilinmir.

Liberiya əsilli hollandiyalı “Tvente”nin yetirməsidi. O, 2012-ci ildən “Benfika”ya transfer olunub. Amma bu kluba məxsus olduğu halda “Hamburq”, “Ridinq”, “Vulverhempton” və “Deportivo”da icarə əsasında da forma geyinib. Hollandiyanın U-21 millisinin sabiq üzvü olan Ola bir dəfə əsas yığmaya da dəvət alıb.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

1499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv