UEFA Avropa Liqasının qrup mərhələsinin ilk 2 turu ilə bağlı statistik nəticələri açıqlayıb.
Yenicag.az xəbər verir ki, ən yaxşı göstirəcilərə malik oyunçular arasında “Qarabağ”ın futbolçuları da yer alıb.
Çərçivəyə dəqiq zərbələr endirən 20 futbolçu siyahısında Abdullah Zubir (5) və Dani Kintana (3) da var. Zubir 5-ci, Dani 18-cidir. “Sportinq”dən Brunu Fernandeş 7 zərbə ilə siyahıda birinci yeri tutur.
Ən çox dəqiq ötürmələr verən 20 futbolçu siyahısında da “Qarabağ”dan oyunçu yer alıb. Riçard Almeyda 148 ötürmə edib. Bu göstəriciyə görə, o, 11-ci olub. Birinci yeri isə 204 ötürmə ilə Jül Kunde (“Sevilya”) tutur./qol.az/