“Qarabağ” futbolçuları iyulun 4-də azarkeşləri ilə görüşəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Azarkeşlərlə görüş Park Bulvarda komandanın fan-şopunda saat 18:30-dan 20:30-dək davam edəcək.
Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina fanatlara imza verəcək.