12 futbolçusu ilə vidalaşan “Səbail” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Yenicag.az xəbər verir ki, paytaxt klubu artıq 2 yeni futbolçu ilə güclənib. Belə ki, “Səbail” Rahid Əmirquliyevlə Ağabala Ramazanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, həm Rahid, həm də Ağabala son mövsümü “Qarabağ”da keçirib.