“Qarabağ”ın futbolçusu bombardir oldu

UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün təsnifat mərhələsinin bombardiri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Olavio Juninyo 6 qolla ən sərrast futbolçu olub.

Braziliyalı forvard ən yaxın izləyicisi Arne Frederiksberqi (“Klaksvik”, Farer adaları) 1 top qabaqlayıb. 28 yaşlı oyunçu 6 qolun 4-nü II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunun, 2-ni isə III raundda Bolqarıstanın “Lüdoqorets” kollektivinin qapısından keçirib.

Qeyd edək ki, pley-offda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna hər iki matçda (0:3, 0:2) uduzan “Qarabağ” mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcək.

COP29