“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak həyat yoldaşı Edita Jazakdan boşanır.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Polşa mətbuatı çıxış edib.
İddiaya görə, cütlük artıq ayrılmaq ərəfəsindədir. Məlumata bildirilir ki, boşanmaya səbəb Jezniçakın “Qarabağ”a transferidir. Polşalını müdafiəçinin Azərbaycana gəldikdən sonra xanımı ilə aralarında soyuqluq yarandığı iddia olunur.
Qeyd edək ki, Jezniçakla Edita 2016-cı ildə ailə qurublar.