!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın futbolçusu "Fənərbaxça"da?

!Reklam – Yazi

Türkiyənin “Fənərbaxça” klubu aşağı yaş qrupu üzrə komandaları gücləndirməyə davam edir.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi bu məqsədlə heyətinə 9 yeni futbolçu cəlb edib.

Bunların arasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə də var. Bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

İddiaya görə, “Qarabağ”ın futbolçusu “Fənərbaxça”nın U-17 komandasında çıxış edəcək. Vüqar Məmmədin başçılığı ilə U-19 millimizin son təlim-məşq toplanışında iştirak edən Turan daha əvvəllər də “bülbüllər”in formasını geyinib.

Lakin əldə etdiyimiz məlumata görə, futbolçu ilə müqaviləsi olan “Qarabağ” bu transferə “yox” cavabı verib.

www.yenicag.az

5963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv