“Qarabağ”ın futbolçusu ölkə prezidenti ilə görüşdü – FOTOLAR

Albaniya prezidenti İlir Meta ölkəmizdə səfərdədir.

Yenicag.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin prezidentiylə görüşüb. O, görüş zamanı prezidentin adı yazılan “Qarabağ” formasını ölkə başçısına hədiyyə edib.