“Qarabağ”ın futbolçusuna 5 milyon avro qiymət qoyuldu

Son Azərbaycan çempionu “Qarabağ” mövsümün əvvəlində PAOK-dan icarəyə götürdüyü Pedro Enrikeni birdəfəlik transfer edə bilər.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Kipr mətbuatı çıxış edib. İddiaya görə, ağdamlılar futbolçunun transfer hüququnu əldə etmək üçün artıq danışıqlara başlayıb.

Lakin PAOK braziliyalını ucuz satmaq niyyətində deyil. Bu keçid üçün 5 milyon avro tələb olunur. “Qarabağ” rəhbərliyi isə məbləği azaltmaqda israrlıdır.

COP29