“Qarabağ”ın futbolçusuna vaxt verildi: Bir də dava etsə…

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 21-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar verilib.

“Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Coşqun Diniyev və qonaqların üzvü Sezar Meza Kolli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Komitə iki futbolçunu 3 oyunluq cəzalandırıb. Klublar 2400 manat cərimələnib.

Futbolçulara verilmiş 3 oyun cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

COP29