Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"ın futbolçusunun bıçaqlanan əmisi: Sabiq polis rəisini "Lotu Quli"yə nə bağlayır? - EKSKLÜZİV

Reklam: Sinerji Pro

Xəbər verdiyimiz kimi, bu gün “İçərişəhər” metro stansiyası yaxınlığında naməlum şəxs Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş təhlükəsizlik işçisi Müşviq Mədətovu bıçaqlayıb.

Hadisə Muşviq Mədətov çayxanadan çıxarkən baş verib. O, hadisə ilə bağlı Bakı Şəhər Polis İdarəsinin 9-cu bölməsinə müraciət edib.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, Müşviq Mədətov “Qarabağ”ın futbolçusu Mahir Mədətovun əmisidir. Mahirin Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan atası Anar Mədətovun qardaşı olan Müşviq Mədətov vaxtı ilə “Bakı”nın prezidenti Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun yanında çalışıb. Elə Mahir də vaxtı ilə yetirməsi olduğu “Bakı” klubuna məhz həmin vaxt yazılıb.

Qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

1967-ci ildə anadan olan Mədətov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 oktyabr tarixli hökmü ilə məhkum edilib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M.Mədətov cəzaçəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirmişdi.

Maraqlıdır ki, zorlama ittihamında Mədətovun adı “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovla birlikdə çəkilib. Sabiq bölmə rəisinin adı siyasi məhbus siyahılarında yer alıb. O, 2011-ci ildə Azərbaycan prezidentinin əfv fərmanına əsasən azadlığa çıxıb.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

15440
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM