“Qarabağ”ın futbolçusunun məşqdə ürəyi dayandı

“Qarabağ”ın əvəzedici komandasının məşqində bədbəxt hadisə yaşanıb.

Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, hazırlıq prosesində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

20 yaşlı Ş.Həsənzadə təcili tibbi yardımın köməyi ilə dərhal özəl xəstəxanalardan birinə çatdırılıb.

Azərbaycan U-21 millisinin üzvünün həyatı üçün təhlükənin olduğu bildirilir. O, hələ də ayılmayıb.