Qarabağın gələcəyi Azərbaycanla bağlıdır – Artur Ağacanov

Qarabağ erməniləri Azərbaycanın iqtisadi imkanlarından istifadə edib daha yaxşı yaşaya bilərlər.

Yenicag.az xəbər verir ki, bunu Report-a açıqlamasında Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.

“Reinteqrasiyaya başlamaq üçün yeni eskalasiya lazım idimi? Yenidən qan tökülməsinə ehtiyac var idimi? Niyə bu xunta 2020-ci ildən sonra mülki əhalini girov saxlayaraq Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmadı və müdafiə ordusunu ləğv etmədi? 44 günlük müharibədən sonra 3 il vaxt itirildi. Biz başa düşməliyik ki, Qarabağın gələcəyi Azərbaycanla bağlıdır”, – o bildirib.

Qarabağ Erməniləri Hərəkatının üzvü Valeri Yeritsyan isə bildirib ki, xunta ucbatından itirilmiş təxminən üç il ərzində Qarabağda yaşayan ermənilərin həyatını yaxşılaşdırmaq mümkün idi:

“Ermənistanın xuntaya verdiyi maliyyə yardımı yalnız hərbi ehtiyaclar üçün istifadə olunurdu. Həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra insanlar ağır sosial-iqtisadi şəraitdə yaşayıb. Azərbaycanın 2020-ci ildə başlatdığı Qarabağın bərpası prosesi ermənilərin yaşadığı şəhər və kəndlərə də təsir edə bilər. Məhz xuntanın ucbatından biz üç il itirdik, bu müddət ərzində Qarabağda ermənilərin həyatını yaxşılaşdırmaq olardı”.