“Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son matçına çıxıb.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin gəncləri səfərdə “Roma”lı həmyaşıdları ilə qarşılaşıb.
Oyun təmsilçimizin böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb – 0:3.
Beləliklə, Ağdam komandası UEFA Gənclər Liqasını 3 xalla sonuncu pillədə başa vurub.