Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ”ın ilk Çempionlar Liqası oyunu başa çatdı

Reklam: Sinerji Pro

“Qarabağ” komandası UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk matçını keçirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi Albaniyanın paytaxtı Tiranada “Partizani”nin qonağı olub. “Selman Stermasi” stadionunda oynanılmış qarşılaşma qolsuz yekunlaşıb – 0:0.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu görüşdə zədəli Bədavi Hüseynov, eləcə də cəzalı yeni transfer Aylton Silvanın xidmətlərindən yararlana bilməyib. Əvəzində daha bir yeni oyunçu Xayme Romero debüt edib. İspaniyalı hücumçu 62-ci dəqiqədə həmyerlisi Dani Kintananın əvəzinə meydana daxil olub.

Görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər azsaylı fərqlənmək imkanlarını boşa veriblər.

Qeyd edək ki, cavab görüşü iyulun 17-də “Dalğa Arena”da keçiriləcək./Report/

www.yenicag.az

758
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100